Bakıda bələdiyyə sədrini döydülər
Bakı sakini xuliqanlıq edib. APA-nın məlumatına görə, hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Araz Əli oğlu Həsənov xuliqanlıq zəminində Bülbülə qəsəbə Bələdiyyəsinin sədri, 1960-cı il təvəllüdlü Natiq Müseyib oğlu Həsənovu və bələdiyyədə mühəndis işləyən 1984-cü il təvəllüdlü Samir Valeh oğlu Əliyevi döyüb.
Araz Həsənov saxlanılıb.