Azərbaycanlı tədqiqatçı: "Şüa qravitasiyası" nəzəriyyəmin bir məqsədi var..."
Son günlər "Şüa qravitasiyası" adlı yeni bir nəzəriyyə meydana gəlib. Nəzəriyyənin müəllifi isə Azərbaycanlı tədqiqatçı Namiq Məmmədovdur.
Müəllifin dediyinə görə, yeni nəzəriyyənin kəşfi 30-dan artıq cavabı tapılmayan araşdırmaya cavab tapacaq.
Bəs bu araşdırmanın mahiyyəti nədir? Araşdırmaçı Namiq Məmmədov deyir ki, yeni nəzəriyyə cazibə qüvvəsinin - qravitasiyanın mahiyyətini izah etməkdir.
Dünya alimlərinin qarısında tez-tez müxtəlif suallar durur. Niyə cisimlər yerə düşür? Bununla bağlı bir çox nəzəriyyələr var. Namiq Məmmədov deyir ki, əsasən qəbul olunmuş nəzəriyyə nisbilik nəzəriyyəsidir. İndiki dövrdə həmin nəzəriyyə ətrafında ziddiyyətlər yaranır. Çünki keçmiş nəzəriyyələr baş verən bir çox prosesləri izah edə bilmir. Yeni nəzəriyyə isə tamamilə başqa cür izah edir: "Bizim nəzəriyyənin məğzi cəmi bir suala cavab tapmaqdan ibarətdir. Nədən bütün elektromaqnit dalğaları işıq sürəti ilə yayılır? Həm işıq fotonları, həm radiodalğalar, həm də naqildəki elektrik cərəyanı eyni sürətlə yayılırlar. Nədir bütün bu dalğa və hissəcikləri eyni sürətlə yayılmağa məcbur edən? Məsələn, nəhəng günəşin buraxdığı fotonlar da 300 min km saniyə sürəti ilə hərəkət edir, titrəyə-titrəyə yanan şamın buraxdığı da eyni sürətlə hərəkət edir. Digər bir misal çəkim ki, mobil telefonumuzla kiməsə zəng edəndə bu zaman yaranan sürət eynidir".
Araşdırmaçı deyir ki, surətlərin universallığı var və onlar izah edir ki, həmin hissəciklər özləri ilkin aldıqları sürət nəticəsində həyata keçmirlər. Onları hərəkətə gətirən vahid daşıyıcı bir sistem var və o hissəciklər həmin sistemin, sadə dillə desək, sərnişinləridir: "Bu onu deməyə əsas verir ki, bu şüalar da bütün tərəflərdən hər bir tərəfə yönəlmiş bətnində işıq sürətinə bərabər sürət saxlanılan düz xətli şüalardan ibarətdir. Hesab edirik ki, qravitasiyanı yaradan da daşıyıcı sistemin tərkibində olan şüalardır".
Namiq Məmmədov qeyd edib ki, araşdırmaların nəticəsinə görə, qravitasiya şüaları ilə materiya arasında qarşılıqlı təsir var: “Bu təsirin mövcudluğunu qravitasiyanın linzalanması effekti təsdiq edir. Böyük səma cisminin tərkindən keçərkən qravitasiya şüalarının bir qismi materiya tərəfindən udularaq zəifləyir. Əks tərəfdən olan şüalar isə zəifləmir. Daha güclü əks şüaların təsiri altında fotonlar zəif şüa tərəfə, səma cisminə doğru əyilərək, hərəkətlərini davam etdirirlər. Bu effekt qravitasiya fenomeninin mahiyyətini açır”.
Namiq Məmmədovun sözlərinə görə, qravitasiya şüaları anlayışının daxil edilməsi onlarla izahını hələ də tapmamış fiziki prosesi izah edir. Məsələn, bu gün fizikada dalana dirənmiş suallardan biri qalaktikanın spiralvari qalaktikalarda anormal sürətdir. Mahiyyəti budur ki, mərkəzdən uzaqlaşdıqca sürət azalmalıdır. Nyuton və Kepler qanunları bunu tələb edir. Araşdırmaçı hesab edir ki, əslində reallıq tamamilə başqa cürdür. Bu zaman sürət azalmır. Yeni nəzəriyyə rahat hesablamalarla ulduzların qalaktika mərkəzi ətrafında hansı anormal sürətlə hərəkət etdiyini izah edir. Belə qalaktikalarda ulduzların parlaqlığı çox yüksək olur: "Qravitasiyanın gücünün cəzb olunan cisimlərin kütləsindən asılılığı ilə yanaşı, cisimlərarası məsafədən necə asılı olduğu bu nəzəriyyədə müfəssəl şəkildə izahını tapır. Məsələn, qravitasiya imzalanması effekti var. Bu effekt nəzəri hesablamalarla müqayisədə praktikada qat-qat böyük ölçüdə alınır. Bunun səbəbini izah edir. Ulduzların qalaktik diskdən nə üçün kimyəvi tərkibinin nisbətən müxtəlif olmasını, bu günə kimi izahı olmayan "Ətalət" prinsipini izah edir".
Namiq Məmmədov deyir ki, yaxın günlərdə yeni nəzəriyyəsinin patentləşdirilməsi məsələsinə də baxacaq.