İtaliyaya görünməmiş miqrant axını: 3 gündə 5 min miqrant xilas edildi
Kasıblıq, yoluxucu xəstəliklərdən yaxa qurtarmaq istəyən afrikalıların Avropaya qanunsuz daxil olmaq cəhdləri davam edir.
APA TV-nin məlumatına görə, İtaliya dəniz polisi ötən gün mavi sularda tərk edilən 454 miqrantı xilas edib. Xilasetmə əməliyyatı zamanı onlardan 17-sinin öldüyü məlum olub.
İtaliya hökuməti xilas edilən miqrantları ölkənin 9 ayrı bölgəsindəki xüsusi düşərgələrə yerləşdirib. İtaliya polisinin yaydığı məlumatda deyilir ki, son üç gündə 5 mindən çox miqrant xilas edilib.
Məlumat üçün bildirək ki, Avropa Birliyi miqrantları birliyə üzv ölkələrə bərabər şəkildə yerləşdirmək üçün xüsusi proqram hazırlayıb.