Con Kerrinin ayağı sındı
ABŞ dövlət katibi Con Kerri ayağını sındırıb.
APA TV-nin məlumatına görə, Fransada səfərdə olan dövlət katibi Sonziye şəhəri yaxınlığında velosiped sürərkən yıxılıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi deyib ki, Kerri helikopterlə Cenevrə xəstəxanasına aparılıb, onun səhhəti normaldır.
Qeyd edək ki, Kerri səfər proqramına görə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə nüvə danışıqlarını davam etdirmək üçün Fransadan Cenevrəyə getməli olub.