Qax sakini çayda boğulub

Qax sakini çayda boğulub.


APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə mayın 31-də səhər saatlarında Azərbaycanın Gürcüstanla həmsərhəd olan Qax rayonunun Çalayır kəndi yaxınlığında, Alazan çayında baş verib.

 

Rayonun Turaclı kənd sakini, 1953-cü il təvəllüdlü Qəzənfər Hüseyn oğlu Abbasov  hələ ki istintaqa məlum olmayan səbəbdən Alazan çayına düşərək boğulub ölüb. Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, mərhumun meyiti oğlu tərəfindən batdığı ərazidən sudan çıxarılıb.

 

Qəzənfər Abbasov arıçılq təsərrüfatı ilə məşğul olub və əraziyə təsərrüfatına nəzarət etmək üçün gedibmiş.

 
Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv