İŞİD İraqda 400 uşağı qaçırdı

İŞİD terrorçuları İraqın Anbar vilayətində təxminən 400 uşaq qaçırıb. APA TV-nin məlumatına görə, bu barədə Anbar Vilayət Məclisinin üzvü Fərhan Məhəmməd bildirib.

 

"İŞİD bir həftədən artıqdır ki, Anbarın qərbindəki Ər-Ratba, Əl-Kaim, Ane, Rave rayonlarından uşaqları İraq və Suriyadakı qərargahına aparıb. Terrorçular ən azı 400 uşağı qaçırıb", - deyə Fərhan Məhəmməd qeyd edib.


Onun sözlərinə görə, terrorçuların uşaqları silahlandıracağı və onlardan terror aktlarında istifadə edəcəyi təhlükəsi var.

 

Diyala Polis Müdiri general-mayor Casim əs-Səidi də İŞİD-in Diyala şəhərində 100-ə yaxın uşağı qaçırdığını deyib. Onun sözlərinə görə, uşaqların yaşı 16-dan azdır və onlardan böyük ehtimalla terrorçu kimi istifadə ediləcək.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı