İtaliyada 2 təyyarə göydə toqquşdu
İtaliyada keçirilən aviaşou faciə ilə nəticələnib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, iki idman təyyarəsi havada toqquşub.
Pilotlardan biri həyatını itirib, digəri zədələnmiş təyyarəsini dənizə sala bilib.
Aviaşou ölkənin Teramo şəhərinin yaxınlığında dəniz qırağında keçirilib. Yarışmanı çox sayda insan izləyib, onlardan heç biri xəsarət almayıb. Hadisənin səbəbləri araşdırılır.