Astana parklarında minlərlə çətənə kolu əkilib

Qazaxıstan paytaxtında görünməmiş hadisə yaşanıb. APA TV-nin məlumatına görə, Astananın parklarında minlərlə çətənə kolu aşkarlanıb.

 

Şübhəli bitkiləri şəhər sakinləri aşkarlayıb və videolar çəkərək sosial şəbəkələrdə paylaşıblar. İnternet istifadəçilərinin arasında fikir ayrılıqları da olub. Onlardan bəziləri bu kolların gicitkən olduğunu iddia ediblər. Astana polisinin işə qarışması ilə məsələyə aydınlıq gətirilib və şəhər parklarından minlərlə çətənə kolu yığılıb.

 

Qazaxıstan paytaxtının yaşıllaşdırma idarəsinin rəhbərliyi və əməkdaşları dindiriliblər. Bu hadisə ilə bağlı kimlərinsə həbs olunacağı hələlik açıqlanmır, çünki bu bitkilərin son vaxtlar havaların yağışlı keçməsi ilə əlaqədar özbaşına cücərməsi ehtimalı da var.

 

Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv