"Rabitəbank" qanvermə aksiyası keçirdi
"Rabitəbank" ASC 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün baş ofisində qanvermə aksiyası keçirib.
Aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və mütəmadi olaraq hər ay qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək xarakteri daşıyır.
Qanvermə aksiyasında bankın baş ofisinin 50 nəfərdən çox əməkdaşı könüllü şəkildə iştirak etmiş və ümumilikdə 6 litrdən çox qan verilib.
Aksiyanın davamı olaraq "Rabitəbank" ümumilikdə 1000 nəfərdən çox uşağın qeydiyyata alındığı Talassemiya Mərkəzində uşaqlarla görüşüb, onlara 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram hədiyyələri təqdim edib.
"Rabitəbank"ın Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyasının təşkilatı dəstəyi ilə icra olunan bu aksiya növbəti aylarda daha geniş şəkildə bankın Bakı və regionlarda fəaliyyət göstərən 22 filial və 2 şöbəsini əhatə etməklə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 22 ildən artıq kiçik və orta sahibkarlığın əsas tərəfdaşı kimi ölkədə fəaliyyət göstərən "Rabitəbank" müxtəlif istiqamətlərdə həm fiziki, həm də hüquqi şəxslərə maliyyə xidmətləri göstərməkdə davam edir.