“Der Spiegel”: “ABŞ sanksiyanı sanki Rusiyaya deyil, Avropa şirkətlərinə tətbiq edib”

"Avropanın böyük şirkətlərinin Kremlə qarşı tətbiq edilən qadağalardan əziyyət çəkdiyi bir vaxtda onların amerikalı rəqibləri Rusiya ilə əməkdaşlığı sərfəli şəkildə davam etdirir". Bu iddia ilə Almaniyanın məşhur "Spiegel" jurnalı çıxış edib.

 

Jurnalda dərc olunan məqalədə bildirilir ki, ABŞ özünə sərf etdiyi an Rusiyaya qarşı aparılan "yeni soyuq müharibə"yə fasilə verir. Bu yaxınlarda Texas firması olan "Bell" Yekaterinburqun “Ural” zavodu ilə mülki aviasiya sahəsində əməkdaşlıq sazişi imzalayıb. Həmin zavod isə Rusiyanın "Rostex" korporasiyasına daxildir və Putinin ən etibarlı adamlarından biri Sergey Çemezova məxsusdur. Maraqlıdır ki, Çemezov və onun şirkətinin adı ABŞ-ın elan etdiyi “qara siyahı”ya daxil edilib. Nəşr qeyd edir ki, Rusiya prezidenti hələ ötən ilin dekabrında bildirib ki, Rusiya və ABŞ arasında ticarət dövriyyəsi artan templə gedir, amma Almaniya ilə bu göstərici aşağı düşüb.

 

Bu arada Almaniyanın böyük kompaniyalarından olan "SAT" hansısa siyasi məqsədlər naminə rusiyalı müştəriləri ilə münasibətləri pozmayacaqlarını bəyan edib. Qitənin iri maşınqayırma şirkətləri də öz növbələrində baş verənlərdən şikayətçidirlər. "Rusiyaya qarşı tətbiq olunan qadağalar iqtisadi baxımdan bizə yox, amerikalı rəqiblərimizin işinə yarayır. Biz artıq onlardan geri düşməyə başlamışıq. Çünki keçən ildən başlayaraq onlar Rusiya ilə ticarəti ən yüksək səviyyəyə çatdırıblar".

 

Avropa Biznes Assosiasiyasının direktoru Frank Şauffun fikrincə, Vaşinqtonun bu sanksiyaları tətbiq etməkdə məhz Rusiya ilə cəmi 3,7 faiz olan ticarət dövriyyəsini başqa ölkələrə nisbətən artırmağa nail olub. Bu ilin ilk iki ayı ərzində Avropa İttifaqı ilə Rusiyanın arasındakı ticarət göstəriciləri üç dəfə aşağı düşübsə, Vaşinqton əvvəlki rəqəmi 6 faizə çatdırıb. 

Müəllif | Apa.Tv
Apa.tv