Tanımadığı şəxslərlə mübahisə etdi, döyüldü
30 yaşlı Bakı sakini Aşurov Kamil Eldar oğlu ötən gecə paytaxtın Keşlə qəsəbəsi ərazisində tanımadığı şəxslər tərəfindən döyülüb. APA TV-nin məlumatına görə, o, ətrafdakı şəxslər tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Kamil Aşurovun başında və bədəninin bir neçə nahiyəsində ciddi xəsarətlər aşkar edib. Kamil Aşurovun müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib. Xəstəxanada ifadəsi alınan Aşurov, Nizami Abdullayev küçəsində, 46 saylı binanın qarşısında tanımadığı bir neçə nəfərlə mübahisə etdiyini və döyüldüyünü deyib. Onun həmin şəxslərlə hansı səbəbdən mübahisə etdiyi barədə məlumat yoxdur. Hadisənin təfərrüatlarını rayon polisi araşdırır. Kamil Aşurova ciddi xəsarət yetirən şəxslərin kimliyi dəqiqləşdirilir.