Bakıda müəmmalı hadisə: 25 yaşlı qız bıçaqlanıb, yoxsa yıxılıb?

Gecə saatlarında paytaxt sakini, 25 yaşlı Balayeva Əminə Araz qızı qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına  gətirilib. Dərhal üzərində cərrahiyyə əməliyyat aparılan gənc qızın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

 

Məlumata görə, Əminə Balayeva bıçaq xəsarətinə bənzər yaranı Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yaşadığı evdə alıb. Onun yaxınları həkimlərlə söhbətində bildirib ki, 25 yaşlı qız məişət işləri görən zaman ehtiyatsızlıqdan yıxılıb və yerə düşmüş bıçaq onun qarnına batıb.

 

Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb. Gənc qızın, eləcə də onun ailə üzvlərinin ifadəsi də alınıb. Hadisənin həqiqətən bədbəxt hadisə, yoxsa qəsd olduğu araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv