Rusiyada dəhşətli qəza: 2 avtomobil "MAN"ın altında qaldı, 6 ölü - REAL GÖRÜNTÜ
Penzada 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirli bilinən Dağıstan vətəndaşına hökm oxunub.
APA TV-nin məlumatında bildirilir ki, məhkəmədə hadisənin baş vermə anı nümayiş olunub. Video sosial şəbəkələrdə də yayılıb. Ehtimal edilir ki, videonu magistral yolla hərəkətdə olan digər avtomobilin sürücüsü paylaşıb.
Xatırladaq ki, Novqorod-Saratov magistralı ilə hərəkət edən "MAN" markalı yük maşını Mokşansk rayonu ərazisindən keçərkən ötmə əməliyyatı etmək istəyib. Nəticəni şərhsiz təqdim edirik. "MAN"ın "Daewoo Nexia" və "Audi A6" markalı avtomobillərlə toqquşması nəticəsində bir maşında 2, "Audi A6"da isə sürücü daxil olmaqla 4 nəfər ölüb.