Amerikalı politoloq: “Ağ Ev MKİ vasitəsilə dünya dövlətlərinə qarşı dağıdıcı siyasət yürüdür”
Ağ Ev Mərkəzi Kəşfiyyat İdarəsinin vasitəsilə həm Vaşinqton, həm də dünya ölkələri üçün dağıdıcı siyasət yürüdür.
APA TV-nin məlumatına görə, bu fikirlərin müəllifi amerikalı politoloqlar Ron Pol və Deniel Makadamsdır.
Ron Pol Mərkəzi Kəşfiyyat İdarəsinin “nəzarətdən çıxmış gizli hökumət” adlandırıb: “MKİ heç kimin qarşısında cavabdehlik daşımayan, ABŞ prezidentinin şəxsi qvardiyası funksiyasını həyata keçirir. ABŞ dəfələrlə başqa ölkələrin daxili işlərinə müdaxilə edib, bu və ya digər ölkədə keçirilən seçkilərə gizli və açıq şəkildə təzyiqlər göstərib”.
Deniel Makadams isə ABŞ-ın 70-ci illərdə Vaşinqton əleyhinə təbliğat aparmaması üçün avropalı jurnalistlərə rüşvət verdiyi faktını xatırladıb. O, Mərkəzi Kəşfiyyat İdarəsinin beynəlxalq manipulyasiya həyata keçirməsinə Ukrayna böhranını misal çəkib. Politoloq bildirib ki, ABŞ Viktor Yanukoviç hakimiyyətinin devrilməsində birbaşa iştirak edib.