İnterpol FİFA-nın keçmiş vitse-prezidentini axtarır

İnterpol FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib. APA TV-nin məlumatına  görə, məlumat təşkilatın saytında dərc edilib.   

 

Çirkli pulların yuyulması, dələduzluq və pul tələb etməkdə ittiham olunan FİFA-nın keçmiş məmurları ABŞ hakimiyyəti tərəfindən axtarılır.  

 

Qeyd edək ki, ötən həftə FİFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs edilib.  

Müəllif | Apa.Tv
Apa.tv