Velosipedçi 12 tonluq avtobusun altında qaldı

İngiltərə paytaxtında avtobusla velosipedçi toqquşub. APA TV-nin məlumatına görə, London sakinləri birlikdə toplaşıb avtobusun altında qalan yaşlı velosipedçinin həyatını xilas etmək üçün avtobusu qaldırmağa cəhd edib. Zərərçəkən velosipedlə 12 tonluq ikimərtəbəli London avtobusunun altına girib.

 

Sakinlər avtobusun təkərləri altında qalan kişini xilas edə bilib. Onlar 12 tonluq maşını bir metr qaldırmağı bacarıblar. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv