Hindistan prezidenti və İsveç kralının ailə üzvləri qəzaya düşüblər

Hindistan prezidenti Pranab Mukerci və İsveç kralının ailə üzvləri yol-nəqliyyat qəzasına uğrayıblar. APA TV-nin məlumatına  görə, hadisə İsveçin Uppsala şəhəri yaxınlığında baş verib. Hindistan prezidentinin kortejində hərəkət edən 4 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Yerli polisin məlumatına görə, qəza nəticəsində Hindistan prezidenti, həmçinin kortejdəki avtomobillərin birində olan İsveç kralının ailə üzvləri - şahzadə Viktoriya və onun həyat yoldaşı Daniel qəza nəticəsində xəsarət almayıblar. Xəsarət alan şəxslərin kimliyi açıqlanmır.      

Müəllif | Apa.Tv
Apa.tv