Yozef Blatter FİFA prezidenti vəzifəsindən istefa verdi

Bir neçə gün bundan əvvəl 5-ci dəfə yenidən FİFA prezidenti seçilən Yozef Blatter gözlənilmədən vəzifəsindən istefa verib. Apasport.az saytının məlumatına görə, keçirdiyi mətbuat konfransında istefasını açıqlayan Blatter bunu Ali Futbol Qurumu haqqında çıxan rüşvət və korrupsiya qalmaqalı ilə bağlı olduğunu deyib:

 

"Hər kəsi yeni prezidenti seçmək fövqaladə konfransa dəvət edirəm. Düşünürəm ki, FİFA-nın tərkibi tamamilə yenidən formalaşmalıdı".

 

Yenicə daxil olmuş məlumata görə, FİFA-nın növbədənkənar konqresinə qədər Blatter vəzifəsinin icrasına davam edəcək.

 

Konqresin isə 2015-ci ilin dekabr ayı ilə 2016-cı ilin mart ayı arasında baş tutacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv