Peterburqda üç azərbaycanlı məktəbli “McDonalds”ı qarət edib

Üç azərbaycanlı məktəbli Rusiyanın Sankt Peterburq şəhərinin Staçek prospektində yerləşən “McDonalds”ı qarət edib.

 

Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, şagirdlər qarət zamanı 105 min rubl (təxminən 2 min dollar) oğurlayıb.

 

Polislər hadisədə şübhəli bilinən iki 14 yaşlı 5-ci sinif şagirdi və bir 16 yaşlı 6-cı sinif şagirdini dindirdikdən sonra ölkəni tərk etməmək şərti ilə azad ediblər.

Müəllif | Apa.Tv
Apa.tv