İŞİD-dən türkmənlərə qarşı terror: 50 ölü, 100 yaralı

İŞİD İraqın Samirə şəhərində terror aktı törədib, ölənlərin hamısı türkmənlərdir.

 

APA TV-nin məlumatına görə, İŞİD-lə döyüşmək üçün federal polis təşkilatına bağlı telaferli polisləri hədəfə alan bomba yüklü tankın istifadə olunduğu terror hücumunda 50-dən çox türkmən ölüb, 100-ə yaxını yaralıdır.

 

Terror qurbanı olan türkmənlərə Kərbəlada cənazə mərasimi təşkil olunub və onlar dəfn ediliblər. İraq-Türkmən Cəbhəsinin Telafer üzrə rəhbəri Qasım Qara türkmənlərin də digər millətlər kimi terrora qarşı mübarizə apardığını bildirib.

 

Əl-Əhrar üzvü Fevzi Əkrəm Tərzioğlu Telafer türkmənlərinin İraqın müxtəlif yerlərində terrorçulara qarşı mübarizəyə dəstək verdiyini vurğulayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı