Lənkəranda avtomobil kanala aşdı, sürücü öldü
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Lənkəran şəhər sakini, 39 yaşlı Vasif Oqtay oğlu İsgəndərovun idarə etdiyi “VAZ-21015” markalı, 42 BU 735 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı su kanalına aşıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Xüsusi avadanlıq və alətlərdən istifadə edilməklə avtomobilin içərisində sıxılmış vəziyyətdə qalmış sürücü çıxarılaraq təcili yardım maşınında xəstəxanaya yola salınıb. Vasif İsgəndərov aldığı xəsarətlərdən yolda dünyasını dəyişib.
İlkin versiya kimi hadisənin avtomobilin yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.