Azərbaycan prezidenti ATƏT-in Bakıdakı layihə əlaqələndiricisini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı A.Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Aleksis Şahtaxtinski fəaliyyəti dövründə təmsil etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın inkişafı və eləcə də ölkəmizin rifahı naminə səylərini əsirgəmədiyini vurğulayıb.

Müəllif | Apa.Tv