Aqrar Universitetdə İlk Avropa Oyunlarına dəstək aksiyası keçirilib

                      

Azərbaycan Dövlət Aqrar Universitetində "Baki -2015" ilk Avropa Oyunlarına dəstək aksiyası  keçirilib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan tarixinə düşən İlk Avropa Oyunlarına dəstək nümayiş etdirilib və bu mühüm hadisənin tarixi, siyasi əhəmiyyəti müzakirə olunub.

 

Çıxışlarda  İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya daha  yaxından çatdırılmasının ən səmərəli təbliğat vasitəsi kimi dəyərləndirilib,  ölkəmizin idman şərəfini qoruyacaq idmançılar arasında  gəncəlilərin də olduğu  qeyd edilib və   onların  qarşıdakı mötəbər  yarışlarda uğurlar qazanacağına əminlik ifadə  olunub.  Tədbirdə idmançı tələbələr “Bakı-2015” İlk Avropa Oyunlarının əhəmiyyətini xüsusi vurğulayaraq, ölkə gənclərini idmançılarımıza dəstək olmağa çağırıblar.      

Müəllif | Apa.Tv
Apa.tv