Əsəd qüvvələri İŞİD-ə "çəllək bombaları" yağdırdı
Suriyanın Londonda fəaliyyət göstərən insan haqları monitorinq qrupunun üzvləri həyəcan təbili çalır.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Hələb və İdlib şəhərlərinin bombalanması nəticəsində 10-u uşaq olmaqla azı 37 nəfər ölüb. Onların hökumət qüvvələrinin istifadə etdiyi "çəllək bombaları"nın qurbanı olduğu bildirilir.
Sosial şəbəkələrdə də paylaşılan kadrlar Tal-Rifaat şəhərinə belə bombalardan 4-nün atıldığını təsdiq edir. Adı çəkilən şəhərdə 18 nəfər həyatını itirib, onların 8-i azyaşlıdır.
ələb istiqamətində isə döyüşlər davam edir. Suriya ordusu İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirib. Ölkənin şimal-şərqində yerləşən Haseke əyalətində terrorçulara ağır zərbə vurulub. Bu döyüşlərdə kürd silahlılarının da hökumət qüvvələrinə dəstək verdiyi deyilir. İdlibdəki vəziyyət isə Dəməşqi narahat edir. İdlib əyaləti bütünlüklə İŞİD-in nəzarətindədir.