Tovuzda dəhşətli qəza: 3 ölü, 3 yaralı

Tovuzda 3 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə iyunun 4-də səhər saatlarında rayonun Əlibəyli kəndinə gedən yolda baş verib.

 

Əlibəyli kənd sakini, 1991-ci il təvəllüdlü Rəhman Tağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü və sərnişini, 1968-ci il təvəllüdlü Mübariz Allahverdiyev hadisə yerində ölüb.

 

Maşında olan dörd sərnişin - Əlibəyli kənd sakinləri, 1980-ci il təvəllüdlü Vüsal Məhərrəmov, 1975-ci il təvəllüdlü Elxan Allahverdiyev, 1974-cü il Hafiz Abdullayev və 1954-cü il təvəllüdlü Şəhriyar Cəfərov müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Şəhriyar Cəfərov xəstəxanada dünyasını dəyişib, digər üç yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli