Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanma vaxtını açıqladı: 18 İYUN

Bu gün Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının gəlişi münasibətilə tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və dini icma rəhbərlərinin iştirakı ilə keçirilən tədbir Quran ayələrinin oxunması ilə başlayıb.

 

Daha sonra Ramazan ayı münasibətilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib. Fətvada deyilir ki, builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-ə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.

Müəllif | Apa.Tv
Apa.tv