İranın nüvə proqramına dair sazişlə bağlı ciddi irəliləyiş əldə olunub

İranla "altılıq" ölkələri arasında Tehranın nüvə proqramına dair sazişlə bağlı ciddi irəliləyiş əldə olunub.

 

APA TV-nin məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı bildirib. "Biz ciddi tərəqqidən danışa bilərik. Yekun razılaşma ərəfəsində detallar üzərində iş aparılır, buna görə də bir az gözləməli olacağıq" - deyə, diplomat bildirib.

 

Qeyd edək ki, sazişin yekun mətni 30 iyunda imzalanmalıdır. Razılaşmaya əsasən, saziş imzalanarsa, İrana qarşı tətbiq edilən sanksiyalar avtomatik olaraq qüvvədən düşmüş olacaq. Lakin İran öhdəliklərini yerinə yetirməsə, sanksiyalar bərpa ediləcək. Bununla bağlı sazişin mətnində xüsusi mexanizmlər nəzərdə tutulub. 

Müəllif | Apa.Tv
Apa.tv