Bakıda binaların betopanla üzlənməsi prosesi başa çatmaq üzrədir - REPORTAJ

Paytaxtda fasadı tezalışan üzlüklərlə örtülmüş binalar artıq yeni görkəm alır. Paytaxtda belə binaların əksəriyyətində yeni üzlənmə işləri başa çatıb. Xətai rayonunda üzlükləri sökülən binaların hər biri yeni üzlüklərlə əvəzlənib.

 

Xətai rayonunda üzlükləri sökülən binalarda təmir-bərpa işləri başa çatır. Bütün binaların birinci mərtəbəsinə daş üzlüklər vurulub, eyvan hissələri isə betopan materialı ilə üzlənib. Hazırda isə binalarda rəngləmə işləri gedir.

 

Təmir-bərpa işlərinin digər ünvanı Yasamal rayondur. Mətbuat prospektində yerləşən binaların üzəri betopanla örtülür. Keramika tərkibli bu üzlüklər tez alışan materiallardan təmizlənmiş bütün binalara vurulacaq.

 

Bura isə  Sabunçu rayonunun Bakıxanov qəsəbəsidir. Burada bütün bina boyu betopan üzlüklər döşənir. Üzlüklər vurulduqdan sonra rəngləmə işləri həyata keçiriləcək. Təmir-bərpa işlərinin iyunun 15-dək başa çatacağı gözlənilir.

 

Rayon ərazilərində elə binalar var ki, onların üzəri fasad boyası ilə boyanacaq. Paytaxtda yaşayış binalarının üzlənməsi prosesi iyun ayı ərzində tam başa çatacaq.

 

Müəllif | Apa.Tv