ABŞ-da silahlı insident: 3 ölü, 1 yaralı
Amerika Birləşmiş Ştatlarında (ABŞ) 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən atışma olub.
APA TV-nin məlumatına görə, hadisə Nyu York şəhərindən 50 km şərqdə yerləşən Vayanda şəhərində qeydə alınıb.
Silahlı şəxs içərisində 4 nəfərin olduğu avtomobilə yaxınlaşaraq atəş açıb. Cinayətkar hələ ki, saxlanılmayıb. Hadisə yerində silah aşkarlanmayıb.
Qətlin motivləri də hələlik məluma deyil.