Müsavat Partiyasının üzvü kanalda batdı

Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şor kanalının Kürdəmir rayonu, Şilyan kəndi ərazisindən keçən hissəsində nəzarətsiz ərazidə 1985-ci il təvəllüdlü Oruc Bağır oğlu Novruzov batıb.

 

Oruc Novruzovun meyiti batdığı yerdən 250 metr aralıda, "Aran" dalğıc axtarış qrupunun xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Xatırladaq ki, Oruc Novruzov Müsavat Partiyasının üzvü olub və Facebook sosial şəbəkəsindən "Danyal bəy" adı ilə aktiv istifadə edib.

Müəllif | Apa.Tv
Apa.tv