Bakıda iki avtomobil toqquşdu, yaralananlar var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. APATV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

 

Sürücüsü hələlik məlum olmayan “QAZel” markalı yük avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub. Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə FHN-in  xilasediciləri və polis əməkdaşları gəlib.

 

Qəza nəticəsində Nobel prospektindən şəhər istiqamətinə tıxac yaranıb. Tıxac tez bir zamanda yol polisi tərəfindən aradan qaldırılıb.

Müəllif | Apa.Tv
Apa.tv