Erməninin qətlə yetirdiyi hamilə qadının anası danışdı - VİDEO

"Erməni lobbisi dünyanı inandırmaq istəyir ki, onlardan humanist millət yoxdur. Onlar ən çox əzab çəkən, zülmlərə məruz qalan millətdir. Əslində isə onların törətdikləri faşizmdir. Onlar Xocalıda uşaqların gözlərini çıxardıqlarını, hamilə qadınları öldürdüklərini nədənsə danışmırlar, necə ki mənim bir övladı olan hamilə qızımı bu millətin nümayəndəsi öldürüb". Bu sözləri "Vesti.az"a Ukraynanın Nikolayev şəhərində öldürülən qadının anası deyib.

 

2013-cü il martın 24-dən 25-nə keçən gecə adı çəkilən şəhərin oyun klublarının birində kassir işləyən 24 yaşlı hamilə qadın İnna Paxomova və klubun nəzarətçisi 34 yaşlı Nikolay Yakuşev vəhşicəsinə qətlə yetiriliblər. Qatilin Edqar Gevorkyan olduğu məlum olub. Hadisə təhlükəsizlik kameralarına da düşüb. Klubda çoxlu pul uduzan müştəri uduzduğu pulları kassirdən tələb etməyə başlayıb. Onun tələbi etirazla qarşılandıqda, erməni üzərində gəzdirdiyi bıçaqla qadına 4, köməyə gələn nəzarətçiyə 10 zərbə vurub.


Həbs edilən Edqar Gevorkyan 2014-cü ildə Nikolayev rayon məhkəməsində özünü təqsirli saymadığını və heç kəsi öldürmədiyini bildirib. O, məhkəmədən əvvəl hadisəni törətdiyi barədə verdiyi izahatı polisin təzyiqi altında yazdığını bildirib. Buna baxmayaraq, məhkəmə onu əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrum edib. Öldürülən qadının anası Yelena Valino isə qızının qatilinin cəzadan yaxa qurtara biləcəyindən narahatdır. "Mənə pul təklif edirlər ki, mətbuatda bu məsələni qaldırmayım, bizim şəhərdə yaşayan kriminal ermənilər də susmağım üçün mənə təzyiq edirlər" - deyə valideyn bildirib.


"Mən onu adam saya bilmərəm. O, mənim qızımı, gözəlimi öldürüb. Mən onu çətinliklə saxlamışdım, tərbiyə etmişdim, əlindən tutub məktəbə, rəqsə, xarici dil öyrənməyə aparmışdım. İnnaya oxuduğu məktəbdə "qızıl səs" deyirdilər. Onu ərə verdim, oğlu oldu, əri də onu atıb getdi. Qızım ailənin məsrəflərini qarşılamaq üçün birinci Kiyevə, sonra da Nikolayevdə işləməyə getdi".


İstintaqla məlum olub ki, Edqar Gevorkyan qətl törətdiyi klubun daimi müştərisi olub. O, evli olub və ailəsini İrəvanda valideynlərinin yanında qoyaraq Ukraynaya gəlib. Onun Ukraynada çox adama borclu olduğu və borcunu qaytarmaq üçün qumar oyunlarına ümid etdiyi məlum olub. Edqarın borcundan xəbər tutan valideynləri ona İrəvana qayıtması üçün 1000 ABŞ dolları göndəriblər. O isə elə həmin gecə pulları götürərək yenidən oyun klubuna gəlib. Bu dəfə pulları uduzan erməni oyun aparatına zərbələr endirməyə başlayıb. Nəzarətçi onu sakitləşdirmək istəyəndə Edqar yaxınlıqda müvəqqəti yaşadığı evə gedib və bıçaqla qayıdıb. Ermənin nəzarətçini öldürdüyünü görən İnna ona yalvarmağa başlayıb və hamilə olduğunu deyib. Amma qatil buna məhəl qoymayıb.


"Məni ən çox incidən bilirsiniz nədir? Onun valideynləri mənə indiyədək quru başsağlığı da verməyiblər. Nikolayevdəki erməni diasporunun rəhbəri Qarik Mkrtıçyan isə hadisə baş verən vaxt "onu bizə verin, onu şaqqalayacağıq" desə də, indi mənim susmam üçün çalışır. O, mənə 1000 qriven müqabilində ağzımı yummamı məsləhət görür. Qarik Mkrtıçyan mənim yaşımı soruşdu, mən də 44 olduğunu dedim. O, cavabında mənə bildirdi ki, yenə doğa bilərəm".


Yelena Valino bildirib ki, Edqarın valideynləri oğlanlarının adına olan nə varsa, hamısını məhkəmə qərarına qədər satıblar. "Edqarın anası mənə telefonda bildirdi ki, onlar oğlanlarını nəyin bahasına olursa-olsun, həbsxanadan çıxaracaqlar" - deyə Yelena Valino əlavə edib. Çarəsiz qadın bununla bağlı Ermənistan prezidenti Serj Sarkisyana da məktub yazdığını, amma hələ də bir cavab ala bilmədiyini deyib.

Müəllif | Apa.Tv
Apa.tv