Kikboksinq üzrə dünya çempionu İŞİD-ə qoşuldu
Kik-boks üzrə dünya çempionu, 29 yaşlı Valdet Qaşi İŞİD terror təşkilatının sıralarında döyüşür.
APA TV-nin xəbərinə görə, alban əsilli Almaniya kik-boksçusu İŞİD-ə qoşulduğunu özü açıqlayıb.
Bir neçə aydır ailəsini aldadaraq Tailandda olduğunu deyən Valdet Qaşi bu ilin yanvarından İŞİD sıralarında olduğunu deyib. İki dəfə Muay tay və ya Tay boks üzrə dünya çempionu olan boksçu 3 dostu ilə terror təşkilatına qoşulub.
Valdet Qaşi Suriyada İŞİD-in tərəfində çoxlu döyüşlərə qatılıb. Boksçu İŞİD-in ideologiyasını anladığını bildirib: "Yaxşı bir iş görmək və bu amal uğrunda ölmək istəyirəm. Bu məni xoşbəxt edir". O, yalan söylədiyi ailəsinə də müraciət edib: "Hekayəmi axıra kimi dinləmədən məni günahlandırmayın".