İŞİD Liviyanın daha bir şəhərini ələ keçirib
İŞİD terror təşkilatı Liviyanın Harva şəhərini ələ keçirib. İŞİD üzvləri şəhəri ələ keçirdikləri barədə bəyanatı sosial şəbəkələrdə yayıblar. Hərbi mənbələr də Harvanın İŞİD-in əlinə keçdiyini təsdiqləyiblər və bildiriblər ki, hökumət binaları terrorçuların nəzarətindədir.
Xatırladaq ki, mayın sonlarında İŞİD Liviyanın şimalındakı Sirt şəhərinin hava limanını tutmuşdu.
2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin devrilməsi və öldürülməsindən sonra Liviyada böhran hökm sürür. Fikir ayrılıqları üzündən ölkədə ikihakimiyyətlilikdir. Ümumxalq səsverməsi ilə seçilmiş parlamentin iqamətgahı Tobruk şəhərində, islamçı Ümummilli Konqresin iqamətgahı Tripolidə yerləşir. Ölkənin bir sıra bölgələri isə mərkəzi hakimiyyətin nəzarətində deyil. İŞİD adətən belə bölgələri ələ keçirir.