ABŞ-da sorğu: "Əgər Ağ Ev sülh tərəfdarıdırsa..."
ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri İraq və Suriyada İŞİD-ə qarşı aviazərbələri davam etdirirlər. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlarda keçirilən sorğunun nəticəsi amerikalıların Barak Obamanın İŞİD siyasətinin effektsiz olduğunu təsdiq edib. Vətəndaşların fikirləri maraqlı olub. "Mən istəyirəm ki, ABŞ təsdiq etsin ki həmin region bizim üçün doğrudan da vacibdir və bu siyasət bizim təhlükəsizliyimiz üçün aparılır" - deyə sorğu iştirakçılarından biri bildirib. İŞİD-ə qarşı aparılan mübarizə barəsində danışan başqa bir vətəndaş isə terrorçulara qarşı əməliyyatların vacib olduğunu deyib. "İŞİD qəddarlığı ilə ad çıxarmaq istəyən cinayətkar bir qruplaşmadır. Güc tətbiq edilməsi doğru addımdır. ABŞ bu işə ciddi yanaşmır, halbuki bizim qüvvəmiz onlarla mübarizədə müqayisəedilməzdir. Ağ Ev sülh tərəfdarıdırsa, terrorçuları məhv etsin, onların dağıtdıqlarını yenidən bərpa etsin" - deyə başqa bir ABŞ vətəndaşı məsələyə fikir bildirib. ABŞ vətəndaşlarının əksəriyyəti belə düşünür ki, Vaşinqton Yaxın Şərq məsələsində yeni strategiya axtarışındadır. Ən böyük maneə isə İŞİD-dir. Amerikalılar məsələnin həllinin yeni seçkilərdən sonra həll olunacağına ümid edir.