Səddamın "sağ əli" Tarik Əziz öldü
İraqın edam olunmuş lideri - Səddam Hüseynin ən etibarlı adamlarından biri vəfat edib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, uzun illər İraqın xarici işlər naziri və baş nazir vəzifələrində çalışan Tarik Əziz 80 yaşında dünyasını dəyişib. O, Səddam hökuməti devrildikdən sonra həbsdə saxlanılıb. O infarkt keçirib xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, Tarik Əziz müsəlman ölkəsinin rəhbər vəzifəsində çalışsa da xristian olub. Onun əsl adı isə Mixail Yuxandır. Milli mənsubiyyəti assuriyalı olan Tarik Əziz barəsində 2010-cu ildə insanlığa qarşı düşünülmüş cinayətlərdə, xüsusilə də şiələrə qarşı kütləvi qətliamlarda təqsirli bilinərək ölüm hökmü çıxarılıb. Amma onun barəsində verilən hökm icra edilmədi.