Heydər Əliyev prospektində ağır qəza baş verib, ölən və yaralananlar var

Heydər Əliyev prospektində bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 1985-ci il təvəllüdlü Qabil İsmayılovun idarə etdiyi “VAZ 21-014” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü Qabil İsmayılov ağır yaralanıb, onun həyat yoldaşı Rəna Lətifqızı isə hadisə yerində keçinib. Qəza zamanı "Mercedes"də olan iki sərnişin də xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

 

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Qəza nəticəsində əzilmiş avtomobillər ərazidən uzaqlaşdırılıb, yolda nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv