"Ağ Evin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Moskvanın Kiyevə qarşı yürütdüyü siyasətin qarşısında effektsizdir". APA TV-nin məlumatına görə, bu bəyanatı Almaniyanın Ştutqart şəhərində ABŞ-ın dünyanın əksər ölkələrindəki səfirlərinin və generallarının toplantısında Pentaqon rəhbəri Eşton Karter açıqlayıb. O bildirib ki, bu məsələ siyasi gedişlərlə yox, hərbi müdaxilə ilə həll edilməlidir. "Hər şey gün kimi aydındır, sanksiyalar Rusiyanı yalnız iqtisadi baxımdan zəiflətmək məqsədi daşıyır. Amma məsələ burasındadır ki, Krımı ilhaq edən Moskvaya bu qadağalar təsir edəcəkmi?". SİTATIN SONU. Karter əlavə edib ki, ABŞ nədənsə məsələyə hərbi yolla müdaxilə etməkdən ehtiyat edir. Halbuki, Vaşinqtonun Avropada da dəstək alacağı ölkələr kifayət qədərdir. Xatırladaq ki, Pentaqon rəhbəri Ukrayna hökumətinə ölkənin şərqində özlərini "xalq respublikaları" adlandıran separatçılara qarşı pilotsuz təyyarələrin verilməsini dəstəkləyən şəxslərdən biridir.