Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlandı
Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb. APA TV-nin məlumatına görə, səsvermə hüququ olan 54 milyon seçicinin 86 faizi seçkilərdə iştirak edib. Nəticələrə əsasən, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 41,2 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 25,3 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 16,6 faiz, Xalqların Demokratik Partiyası (HDP) 12,3 faiz səs toplayıb. Seçkilərdə iştirak edən digər 16 partiya 10 faizlik seçki baryerini keçə bilməyiblər. Nəticələrə əsasən, AKP 260, CHP 130, MHP 82, HDP 78 millət vəkili mandatı qazanıb. Bu nəticələr parlamentdə təmsil olunan 4 partiyadan heç birinin təkbaşına hökumət qurmasına imkan vermir. Seçkilərdən sonra AKP-nin azlıq hökuməti qurması, koalisiya hökuməti qurması və təkrar seçkilərin keçirilməsi kimi üç ehtimal yaranıb. Ekspertlər AKP-nin CHP və ya MHP ilə koalisiya qurmaq ehtimalını mümkün sayır. Ən böyük ehtimal isə təkrar seçkilərin keçirilməsidir.