Bakıda polis əməkdaşı qəza törətdi: ölən və yaralanan var
Azərbaycan paytaxtında polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib. APA-nın məlumatına görə, hadisə Bakının Mərdəkan-Buzovna şosesində qeydə alınıb.
Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi “Hyundai İX 35” markalı avtomobili aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Maqsud Zeynalov xəstəxanaya aparılıblar. Yaralılardan M.Zeynalov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.