Tovuzda 12 yaşlı qızı ilan sancdı

Tovuzda 12 yaşlı qızı ilan sancıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Vahidli kənd sakini, 12 yaşlı Şəhanə Nəsibova yaşadığı evin həyətində gəzərkən qumun altından çıxan ilan onun dabanından sancıb. Qız dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

 

Qeyd edək ki, bu, iyun ayında Tovuzda ikinci ilan sancma hadisəsidir. Bir neçə gün öncə də bir nəfər rayon sakinini ilan sancmışdı.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli