Saray bələdiyyəsinin sədri və həyat yoldaşı qətlə yetirildi

Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib. APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə bələdiyyəsinin sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov yaşadığı evdə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv