Gəncə sakini öz evini yandırdı

Gəncədə yaşayış evi yanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə iyunun 7-də saat 19:00 radələrində şəhərin İsmət Qayıbov  küçəsi, 3-cü dalan, ev 5-də qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Şahin Məmmədova məxsus ümumi sahəsi 90 kvadrat metr olan 4 otaqlı evin 3 otağı 81 kvadrat metr sahədə yanaraq yararsız hala düşüb.

 

Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb və bir otaq alovdan xilas edilib.

 

Məlumata görə, evi sahibi Şahin Məmmədov sərxoş vəziyyətdə yandırıb. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv