Milli QHT Forumu anti-Azərbaycan təbliğatına etirazını bildirib

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa Oyunları ərəfəsində anti-Azərbaycan təbliğatına qarşı etirazını bildirib.

 

APA TV-nin xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə forumun bəyanatı səsləndirilib.

 

Bəyanatda bildirilir ki, son aylar ölkəmizə qarşı başlanmış obyektivlikdən uzaq və qarayaxma xarakterli kompaniya daha da "sistem"ləşir, intensivləşir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının bölgədə və dünyada barışın, təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil və düzgün siyasətini qəbul etmək istəmir, respublikamızın artan nüfuzunu zədələməyə uğursuz cəhd göstərirlər.


Sonda qeyd olunub ki, I Avropa Oyunları ərəfəsində Azərbaycana düşmən olan bu qüvvələrin narahatlığı artır.

Müəllif | Apa.Tv
Apa.tv