Kreml: Putin iyunun 12-13-də Azərbaycana səfər edəcək
Rusiya prezidenti Vladimir Putin iyunun 12-13-də Azərbaycana səfər edəcək.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, səfərin məqsədi Bakıda keçiriləcək Avropa oyunlarının açılış mərasimində iştirak etməkdir.
Məlumatda qeyd olunur ki, Vladimir Putinin Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparması planlaşdırılıb.
Rusiya prezidentinin mərasim iştirakçıları ilə də ikitərəfli görüşlərinin keçirilməsinin mümkünlüyü də qeyd olunub.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Vladimir Putinin Bakıda Bakıda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüşü gözlənilir: "İyinin 13-də isə Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Danışıqlar əvvəl təkbətək, daha sonra geniş tərkibdə aparılacaq. Danışıqlarda ikitərəfli münasibətlər müzakirə oluncaq".
Yuri Uşakov Rusiya və Azərbaycan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağını da söyləyib: "Rusiya liderinin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşü gözlənilir".