HDP: Ermənistanla sərhədlər açılmalı, “erməni soyqırımı” tanınmalıdır

Parlament seçkilərində 13 faiz səs toplayan HDP-nin beynəlxalq məsələlər üzrə sədr müavini Nəzmi Gür Türkiyə-Ermənistanla münasibətlərin normallaşmasına tərəfdardır. APA TV-nin məlumatına görə, Nəzmi Gür bildirib ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılı olmamalıdır. O təmsil etdiyi partiyanın Ermənistanla sərhədlərin açılmasına və Ankaranın “erməni soyqırımı”nı tanımasına çalışacağını deyib. 

 

Qeyd edək ki, PKK-nın siyasi qanadı olan HDP dünən keçirilən parlament seçkilərində 10 faizlik baryeri aşmağa müvəffəq olub və 80 mandat qazanıb. 

Müəllif | Apa.Tv
Apa.tv