Almaniyada rabitə işçilərinin tətili başladı
Almaniyada poçt işçilərinin tətili başlayıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Həmkarlar İttifaqının dəstəyi ilə başlayan aksiya iştirakçılarının tələbi əməkdaşların iş şəraitinin yaxşılaşdırılması və əmək haqlarının artırılmasıdır.
Rabitə işçiləri həmkarlar təşkilatları ilə məsul qurumlar arasında məsələ ilə bağlı gedən danışıqlar 6 aydır uzanır və hələ ki, heç bir nəticə yoxdur.
Xatırladaq ki, bu vaxta qədər əməkdaşlar bir neçə dəfə tətil təşkil ediblər.