Meyvə-tərəvəz əvəzinə narkotik becərirmiş
Göyçayda həyətyanı sahəsində narkotik bitki sayılan çətənə kolu əkən rayon sakini polis tərəfindən saxlanılıb. APA TV-nin xəbərinə görə, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbiri zamanı rayonun Birinci Ərəbcəbili kənd sakini Eyyubov Sənan Ələfxan oğlunun həyətyanı sahəsinə baxış keçirilib. Polis əməkdaşları rayon sakininin həyətyanı sahəsindən 9 ədəd çətənə kolu, evindən isə 2 kiloqram 910 qram qurudulmuş marixuana aşkarlayaraq götürüblər. Faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işçi açılıb, istintaq aparılır.