“Azərbaycan mətbuatının tarixi” kitabı təqdim olundu

Azərbaycan milli mətbuatının yaradılmasının 140 illiyi ilə əlaqədar “İstoriya Azerbaydjanskoy jurnalistiki” ("Azərbaycan mətbuatının tarixi") adlı kitab işıq üzü görüb.

 

APA TV-nin məlumatına görə, tanınmış jurnalistlər - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və əməkdar jurnalist Akif Təvəkküloğlunun müəllifliyi ilə ərsəyə gələn bu kitab oxuculara rus dilində təqdim olunub.

 

455 səhifədən ibarət kitab bu sahədə respublikada ilk olmaqla “Əkinçi” qəzetindən bu günə qədər keçən mətbuat tarixi, mühacirət və diasporda jurnalistika, həmçinin Azərbaycanda radio və televiziyanın təşəkkülü, müxtəlif agentliklərin fəaliyyəti barədə oxuculara müfəssəl məlumat verir.

 

Kitab Azərbaycanda yaşayan rusdilli əhali, ali məktəblərin rus bölmələrində təhsil alan tələbələr və müəllimlər, rusdilli mətbuatın əməkdaşları üçün dərslik kimi, eləcə də MDB və digər bölgələrdə dəyərli mənbə kimi istifadə oluna bilər.

Müəllif | Apa.Tv
Apa.tv