İyunun 10-u və 12-də Bakıda bu küçə və prospektlər bağlı olacaq - SİYAHI
12 iyun tarixində başlanacaq I Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır.
Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən APA TV-yə verilən məlumata görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
- Şəmsi Bədəlbəyli küçəsi;
- Səməd Vurğun küçəsi;
- Bül-bül prospekti;
- Rəşid Behbudov küçəsi;
- Azadlıq prospekti;
- İstiqlaliyyət küçəsi;
- Niyazi küçəsi;
- Şövkət Ələkbərova küçəsi.
12 iyun I Avropa Oyunlarının açılış mərasimi günü isə aşağıda qeyd olunan yollarda günorta saat 16:00-dan növbəti gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;
- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək.